Kanada hökuməti “TikTok Technology Canada” şirkətindən milli təhlükəsizlik riskləri səbəbindən ölkədə fəaliyyətini dayandırmağı tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, ancaq Kanada hakimiyyəti yerli “TikTok” ofisinin işinin milli təhlükəsizliyin hansı risklər yaratdığını dəqiqləşdirməyib.
“TikTok” öz növbəsində, yerli ofislərin bağlanmasının və yüzlərlə iş yerinin ixtisar edilməsinin heç kimin xeyrinə olmadığını bildirib. Ona görə də, Çinin “ByteDance” şirkətinə məxsus sosial şəbəkə bu qərara etiraz etməyi planlaşdırır.
Qeyd edilib ki, tələbə baxmayaraq, rəsmilər istifadəçilərin tətbiqə girişini bloklamayacaq və onlara məzmun dərc etməyi qadağan etməyəcək.
Ottava Universitetinin internet hüququ professoru Maykl Qayst hesab edir ki, tətbiqin deyil, “TikTok”un qadağan edilməsi vəziyyəti daha da pisləşdirə bilər, çünki xidmətlə bağlı risklər aradan qalxmayacaq, lakin şirkəti məsuliyyətə cəlb etmək daha çətin olacaq.
Qeyd edək ki, keçən il Kanada təhlükəsizliklə əlaqədar olaraq hökumət məmurlarının cihazlarında “TikTok” istifadəsini qadağan etmişdi.