Millət vəkili Sahib Alıyev göyərçinləri yemləyənlərin cərimələnməsini təklif edib.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, deputat bu barədə Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
O bunu quşların infeksiya daşıması ilə əlaqələndirib.
Həmkarı Qüdrət Həsənquliyev isə bu təklifə etiraz edib:
“Mən və ailə üzvlərim həyətdə 15 pişik saxlayırıq, onlara yemək veririk və bir çoxunu peyvənd etdiririk. O quşlar acından ölsün? Heyvanların yemlənməsini qadağan etsək, onda cəmiyyətdə mərhəmət hissini aradan qaldırmış olarıq”.