Polkovnik-leytenant Ramil Səfərov ona meyxana həsr etmiş və hazırda səhhətində problem yaranan meyxanaçı Xəyyam Əhmədlini ziyarət edib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan ordusunun zabitinin meyxanaçı ilə çəkdirdiyi fotolar sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, R. Səfərov yataq şəraitində müalicə alan meyxanaçını ötən gün evində ziyarət edib.
Qeyd edək ki, Ramil Səfərov Macarıstanda həbsdə olarkən Xəyyam Əhmədli ona “Məmləkətim” (Hələ oğlun salamatdır) adlı mahnı həsr edib. Mahnı həmin vaxt kifayət qədər populyar olub. Xəyyam Əhmədlinin 1 ilə yaxın müddətdir ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.