Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
Məlumata görə, o, Trampı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Ərdoğan telefon söhbətində həmçinin, yeni dövrdə Türkiyə və ABŞ arasında əməkdaşlığın inkişaf etdirilməsi arzularını ifadə edib.
“Prezident Tayyib Ərdoğanın ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı olub. Söhbət zamanı Ərdoğan Trampı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. O, Türkiyə və ABŞ arasında gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi kontekstində arzularını bildirib”, - məlumatda qeyd edilib.