Livanla sərhəddə davam edən döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) daha bir hərbçisi həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Livanın “Hizbullah” təşkilatı tərəfindən İsrailin şimalındakı Avivim şəhərinə raket zərbələri nəticəsində IDF-nin 188-ci zirehli briqadasının 605-ci mühəndis batalyonunun hərbçisi, 20 yaşlı serjant Ariel Sosnov həlak olub, bir neçə hərbçi isə yaralanıb.
Bu məlumatları nəzərə alsaq, Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı həlak olan İsrail hərbçilərinin ümumi sayı 781-ə çatıb.