Bakı vaxtı ilə saat 10:05-ə olan məlumata görə, bitkoinin qiyməti ABŞ-dəki prezident seçkiləri fonunda 9,34% artaraq, tarixi maksimumunu yeniləyib.
Yeniavaz.com “Binance” platformasına istinadla xəbər verir ki, bitkoinin qiyməti 75 min dolları keçərək, 75,118 min dollar olub.
Bakı vaxtı ilə saat 10:23-ə olan məlumata görə, bitkoin artımını sürətləndirib və 75,356 min dollar (+9,82%) səviyyəsinə çatıb.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Konsepsiya 2008-ci ilin noyabrında Satoshi Nakamoto təxəllüslü müəllif (ehtimal ki, müəlliflər qrupu) tərəfindən yaradlılb. Bitkoinin populyarlığı son illərdə zirvəyə çatıb. Bitkoin tədarükü təbii olaraq məhduddur, əksər bitkoinlər artıq əldə edilib.