UEFA Çempionlar Liqasında IV tura start verilib.
Yeniavaz.com xəbər verir ki, titulunu qoruyan “Real Madrid” İtaliya vitse-çempionu “Milan”ı qəbul edib və 1:3 hesabı ilə uduzub.
İngiltərə çempionu “Mançester Siti” isə gözlənilməz şəkildə Portuqaliya “Sportinq”inə 4:1 hesabı ilə uduzub.
“Liverpul” Almaniya çempionu “Bayer”i 4:0 hesabı ilə darmadağın edib.
Slovakiya çempionu “Slovan Bratislava” Xorvatiyanın “Dinamo Zaqreb” klubunu qəbul edib və görüş 1:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Hollandiyanın “PSV Eyndhoven” klubu da öz meydanında Kataloniya "Jirona"sını 4:0 hesabı ilə məğlub edib.
Çempionlar Liqasında gecənin nəticələri belə olub:
"PSV Eyndhoven" - "Jirona": 4:0;
Slovan Bratislava - Dinamo Zaqreb: 1:4;
"Sportinq" - "Mançester Siti": 4:1;
"Real Madrid" - "Milan": 1:3;
"Liverpul" - "Bayer": 4:0;
"Bolonya" - "Monako": 0:1;
"Borussiya Dortmund" - "Şturm": 1:0;
"Seltik" - "RB Leypsiq": 3:1;
"Lill" - "Yuventus": 1:1.