Azərbaycanın Rusiyaya yeni təyin olunmuş səfiri Rəhman Mustafayev etimadnaməsini Rusiya Prezidentinə təqdim edib.
Yeniavaz.com xəbər verir ki, Kremldə etimadnamələrin təqdimetmə mərasimi keçirilib.
Rusiya Prezidenti Vladimir Putin 28 xarici ölkə səfirinin etimadnaməsini qəbul edib.
Etimadnaməsini təqdim edənlər arasında Azərbaycanın Rusiyaya yeni təyin olunmuş səfiri Rəhman Mustafayev də var.
Mərasim Böyük Kreml Sarayının Aleksandrovski zalında keçirilib.
Qeyd edək ki, bu, 2024-cü ildə ilk belə mərasimdir. Putin sonuncu dəfə yeni səfirlərlə 2023-cü il dekabrın 4-də görüşüb və o, yeni gələn 21 diplomatın etimadnaməsini qəbul edib.