Bu ilin yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və ACE platformalarından birlikdə 93 milyon barel (13 milyon ton) və ya gündə orta hesabla 339 min barel neft hasil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkəti məlumat yayıb.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ümumi hasilat 7% və ya 7 milyon barel azalıb.
Məlumat üçün bildirək ki, 13 il əvvəllə – 2012-ci ilin ilk 9 ayının nəticəsilə müqayisədə AÇG-də hasilat təxminən 2 dəfə azalıb. Belə ki, 2012-ci ilin ilk 9 ayında AÇG yatağından 187,4 milyon barel neft hasil olunub.
Bundan başqa 2024-cü ilin ilk 9 ayı ərzində AÇG-də ümumilikdə 147 neft hasilat quyusu, həmçinin 47 qaz və su injektor quyusu istismarda olub. 13 il əvvəl quyuların ümumi sayı cəmi 94 olub (62 hasilat, 32 injektor).
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), ARDNŞ (25%), MOL (9,57%) (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib), İNPEKS (9,31%), “Equinor” (keçmiş “Statoil”) (7,27%), “EksonMobil” (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və “ONGC Videş Limited” (OVL) (2,31%) şirkətləridir.
Son 13 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı belə olub:
Murad Məmmədov