İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian gələn həftə COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Həbibullah Abbasi IRNA-ya müsahibəsində deyib.
Qeyd edək ki, bu illik konfransın 29-cu sessiyası noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.