Tbilisidə minlərlə insan mitinq keçirdi


Tbilisidə Rustaveli prospektində parlament binası yaxınlığında mitinq keçirilir.
Yeniavaz.com
xəbər verir ki, xarici KİV-in məlumatına görə, mitinqdə 5-15 min insan iştirak edir.
Müxalifətin Dəyişiklik Koalisiyasının liderlərindən biri Nika Melia bildirib ki, bundan sonra etirazlar gündəlik olacaq.
“Bizim planımız ondan ibarətdir ki, etirazlar bütün şəhəri əhatə etməlidir. Biz hər yerdə və hər gün Tbilisidə olacağıq. Təkcə Rustaveli üzərində dayanmaq kifayət deyil. Biz hər meydanda və hər körpüdə olmalıyıq”, - Melia bildirib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü Arzusu” partiyası parlamentdə səslərin 53,9%-ni və çoxluğu toplayıb. Beynəlxalq müşahidəçilər səsvermənin pozuntularla keçdiyini bildiriblər. 
Oktyabrın 28-də Rustaveli prospektində seçkinin nəticələrinə etiraz aksiyası keçirilib. Əsas tələb beynəlxalq təşkilatların nəzarəti altında yeni seçkilərin keçirilməsi olub.

DİGƏR XƏBƏRLƏR

Top