Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərinin ikinci turunda 55,33 faiz səslə qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, bu ilkin nəticələr Moldova Mərkəzi Seçki Komissiyası tərəfindən protokolların 100%-i işləndikdən sonra dərc edilib.
Komissiyanın dərc etdiyi nəticələrə görə, Maya Sandunun rəqibi, keçmiş baş prokuror Aleksandr Stoyanoğlu isə səslərin 44,67 faizini toplayıb.
Moldovada və xaricdə ümumilikdə 1 milyon 699 min 25 nəfər seçki məntəqələrinə gəlib ki, bu da seçici siyahılarına daxil olanların 54,31 faizindən çoxdur. 2020-ci il prezident seçkilərinin ikinci turunda bu göstərici 58,22% təşkil edib.
Eyni zamanda, bu dəfə xaricdə keçirilən seçkilərdə 328 min 855 seçici iştirak edib ki, bu da respublika üçün mütləq rekorda çevrilib.