İsrail hərbçilərinin təcavüzü nəticəsində Qəzza zolağında son 24 saatda 30-dan çox fələstinli ölüb, 150-də çox fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində Qəzzada 33 nəfər həlak olub, 156 nəfər yaralanıb”, - nazirlikdən bildirilib.
Nazirlik həmçinin qeyd edib ki, ötən ilin oktyabrından indiyədək İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 43 374, yaralananların sayı 102 261 nəfərə çatıb.