Messi “Barselona”ya qayıda bilər


Şimali Amerika Böyük Futbol Liqasının (MLS) “İnter Mayami” klubunun hücumçusu, argentinalı Lionel Messi 2026-cıə il dünya çempionatından əvvəl İspaniyanın “Barselona” klubuna qayıda bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Gol Digital” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Messi 2026-cı ilin əvvəlində azad agent kimi “Barselona”ya keçə bilər.
Argentinalının “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.
Məlumata görə, bu addımın əsas səbəbi Messinin 2026-cı ildə keçiriləcək dünya çempionatına daha yaxşı hazırlaşmaq istəyidir.
Qeyd edək ki, bu mövsüm Messi “İnter Mayami”yə mövsümün qalibi olmasına kömək edib. Belə ki, o, 19 matçda 20 qol vurub, 10 məhsuldar ötürmə edib.
Messinin 37 yaşı var və səkkiz dəfə “Qızıl top”un sahibidir. Futbolçu karyerası ərzində İspaniyanın “Barselona”sı və Fransanın “Paris Sen-Jermen”inin rənglərini qoruyub. 2023-cü ilin yayından isə “İnter Mayami”də çıxış edir. Argentina millisi ilə forvard Dünya Kubokunu (2022) və Amerika Kubokunu (2021, 2024) qazanıb.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Turnirə ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

DİGƏR XƏBƏRLƏR

Top