Berbok Kiyevə getdi


Almaniyanın xarici işlər naziri Annalena Berbok elan olunmamış səfərlə Kiyevə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  
Məlumata görə, Berbokun səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyib.
“Almaniya dünyadakı bir çox tərəfdaşları ilə birlikdə qətiyyətlə Ukraynanın tərəfindədir”, - deyə Almaniya XİN rəhbəri Kiyevdə deyib.
Nazir xatırladıb ki, Almaniya bu yaxınlarda Ukraynaya enerji yardımı üçün əlavə 170 milyon avro ayırmaqla qışdan mühafizə çətiri adlanan çətiri genişləndirib.
O, Almaniyanın hava hücumundan müdafiə təşəbbüsünə də toxunub.
“Hər bir hava hücumundan müdafiə sistemi böyük əhəmiyyət kəsb edir”, - Berbok deyib.
Eyni zamanda o, Ukraynanın Aİ-yə həmişəkindən daha çox yaxınlaşdığını bildirib.
Qeyd edək ki, bu, 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri Berbokun Ukraynaya səkkizinci səfəridir.
O, sonuncu dəfə Kiyevə 2024-cü ilin mayında səfər edib.

DİGƏR XƏBƏRLƏR

Top