İsrail “Hizbullah” komandirini əsir götürdü


İsrail dəniz qüvvələrinin bir qrup komandosu Livanın şimalında, İsrail sərhədindən 140 km aralıda “Hizbullah” hərəkatının komandirini ələ keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə N12 telekanalı İsrail hərbçilərinin nümayəndəsinə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, əsir götürülən “Hizbullah” komandiri dindirilmək üçün İsrail hərbi kəşfiyyatının 504-cü bölməsinə aparılıb.
“Ynet” portalının məlumatına görə, İsrail Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı “Şayetet-13” əməliyyatı zamanı İmad Amxaz Livanın şimalındakı Batrun kəndində ələ keçirilib.
“The Times of Israel” qəzetinin yazdığına görə, o, “Hizbullah” hərəkatının dəniz qüvvələrində aparıcı vəzifələrdən birini tutub.

DİGƏR XƏBƏRLƏR

Top