“Qəzzada ən azı 182 jurnalist həlak olub” – “Əl-Cəzirə”


Qəzza zolağında davam edən döyüşlərdə ən azı 182 jurnalist həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Qəzza zolağında davam edən soyqırımı işıqlandırmaq jurnalistlərə ciddi fiziki və psixoloji zərbə vurur. Söhbət bu soyqırım zamanı öldürülən 182 jurnalistdən gedir. Onlardan bəziləri bütün ailələri ilə birlikdə qətlə yetirilib”, - deyə telekanal qeyd edib.
Qəzzada fəaliyyət gösərən jurnalistlər aktiv döyüş əməliyyatları ilə əlaqədar ciddi fiziki təhdidlərlə üzləşirlər. Kanal bildirir ki, mülki ərazilər və infrastruktur tez-tez hədəfə alınır və hərbi hava zərbələrinə məruz qalır. Bu da jurnalistlərin hadisələri təhlükəsiz şəkildə yaymasını çətinləşdirir.

DİGƏR XƏBƏRLƏR

Top