İvanişvili 9 ildən sonra ilk dəfə gəlir bəyannaməsi təqdim edib


Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının milyarder qurucusu və fəxri sədri Bidzina İvanişvilinin adına rəsmi qeydiyyatdan keçmiş yeganə daşınmaz əmlak onun doğulduğu Saçxere bölgəsindəki Çorvila kəndindəki əmlak olub.
Yeniavaz.com
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Gürcüstanda, Fransada və Rusiyada bahalı evlər və mənzillər onun həyat yoldaşı Yekaterina Xvedelidzenin adınadır.
Bildirilir ki, indiyədək İvanişvili yalnız bir dəfə - 2013-cü ildə Gürcüstanın baş naziri olarkən bəyannamə təqdim edib. Sonuncu parlament seçkisindən əvvəl İvanişvili “Gürcü arzusu” partiyasının siyahısına rəhbərlik etdiyi üçün Korrupsiyaya Qarşı Mübarizə Bürosuna hesabat verməli olub.
Delakratiya ilə bağlı materialda İvanişvilinin uşaqları - Uta, Bera, Qvantsa və Tsotna haqqında məlumat yoxdur.
Sənədə əsasən, Bidzina İvanişvili və həyat yoldaşı Çorvilada 20-yə yaxın torpaq sahəsi və dörd yaşayış binasına sahibdirlər. Ümumi torpaq sahəsi 180 min kvadratmetrdən çoxdur. Xvedelidzenin Sairx kəndində daha 5,6 min kvadratmetr torpaq sahəsi qeydə alınıb.
O, həmçinin Gürcüstan paytaxtı yaxınlığındakı Saquramo kəndində 5,5 min kvadratmetr torpaq sahəsi, 116 kvadratmetr sahəsi olan mənzilə sahibdir.
Sololakidəki nəhəng şüşə biznes mərkəzi nə İvanişviliyə, nə də onun həyat yoldaşına qeydiyyatdan keçmir.
Bunlardan başqa Yekaterina Xvedelidze ümumi sahəsi 12 min kvadratmetrdən çox olan üç torpaq sahəsinə sahibdir. Moskvanın Odintsovo rayonunda 614 kvadratmetr sahəsi olan yaşayış binası ona məxsusdur. Şimali Fransanın La Celle-Saint-Cloud kommunasında Xvedelidzenin 1935 kvadratmetrlik torpaq sahəsi var.
Bidzina İvanişvilinin həyat yoldaşlarının bank hesablarında ümumilikdə 159,3 milyon dollar, 17 min avror və 110 min laridən çox pul var.
Şirkətlərə gəlincə, bəyannaməyə əsasən, həyat yoldaşı Gürcüstan, Fransa, Panama, Virciniya və Baham adalarında 13 şirkətə sahibdir.
Mətbuat yazır ki, “Bloomberg” tərəfindən aktivləri 7,55 milyard dollar dəyərində qiymətləndirilən İvanişvilinin üçün bunlar çox aşağı məbləğlərdir.

DİGƏR XƏBƏRLƏR

Top