“Dubay şokoladı” bu xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər – Məşhur toksikoloq


Məşhur toksikoloq son zamanlar bütün dünyada sürətlə populiarlaşan “Dubay şokoladı”nın təhlükələri barədə xəbərdarlıq edib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, tibb elmləri namizədi, toksikoloq Mixail Kutuşov “Dubay şokoladı”nın sağlamlıq üçün son dərəcə təhlükəli olduğunu açıqlayıb.
Mixail Kutuşov bildirib ki, püstə pastası və kadayif xəmirindən əlavə, şokoladda ekzotik meyvələr, qoz-fındıq, ədviyyatlar, süd məhsulları, həmçinin boyalar və konservantlardan tez-tez istifadə olunur: "Bütün bunlar deserti çox yüksək kalorili edir və bəzi maddələr allergiyaya səbəb ola bilər. “Dubay şokoladı” yüksək kalorili və yağlıdır, bu da ishal, ürək bulanmasına səbəb ola bilər. Həmçinin belə şirinliyi tez-tez istehlak etsəniz, çəki problemiylə qarşılaşmalı olacaqsınız. Bu, piylənmə riskini artırır və şokoladda şəkərin yüksək konsentrasiyası şəkərli diabet xəstələrinin sağlamlığını pisləşdirir”.
Məşhur toksikoloqun sözlərinə görə, həzm problemləri və anafilaktik şok riski ilə yanaşı, bu miqdarda karbohidratlar və şəkər mədəaltı vəzinin işləməməsinə və öd kisəsi xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top