Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özeli məhkəməyə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Əhməd Özel məhkəməyə ərizə təqdim edib.
Müraciətdə İmamoğlu və Özelin oktyabrın 31-də CHP-li İstanbul Esenyurt bələdiyyə sədri Əhməd Özerin həbsinə etiraz olaraq keçirilən mitinqdə Ərdoğana qarşı böhtan, əsassız ittihamlar səsləndirildiyi, Ərdoğanın şəxsi hüquqlarını pozulduğu vurğulanıb.
Ərizədə izah edilən səbəblərə görə işin qəbul edilməsi və 1 milyon lirəlik mənəvi zərərin ödənilməsi istənilib.
Xatırladaq ki, İstanbul Esenyurt bələdiyyə sədri Əhməd Özer bir neçə gün öncə həbs edilib. O, “PKK/KCK” terror təşkilatına üzv olmaqda ittiham edilir.