
İsrail kəşfiyyat xidmətləri ölkənin Baş naziri Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə şübhəlini saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, birgə əməliyyatı polis, ordu və İsrail Baş Təhlükəsizlik Xidməti həyata keçirib. Şübhəlilər saxlanılaraq istintaqa aparılıb.
Səlahiyyətlilər hesab edirlər ki, sızıntı İsrailin hərbi məqsədlərinə çatmasına mane ola bilər.