Rusiya Xarkov polisinə zərbə endirdi – Ölən və yaralananlar var


Rusiya ordusu Xarkov rayonlarından birində Ukrayna polisinin yerləşdiyi yerə raket zərbəsi endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu və yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, atışma nəticəsində 30 polis əməkdaşı, bir xilasedici və 9 mülki şəxs yaralanıb. Bir polis ölüb - 40 yaşlı polkovnik Andrey Matvienko.
İstintaqın məlumatına görə, Rusiya hərbçiləri iki S-300/400 raketi ilə hücuma keçib. Bir inzibati bina, fərdi və çoxmərtəbəli binalar, mağazalar, o cümlədən 10-dan çox avtomobilə ziyan dəyib.

DİGƏR XƏBƏRLƏR

Top