““Boeing” ABŞ-də tətil edən işçilərə 38% maaş artımı təklif etdi” – “Reuters”


“Təyyarə istehsalçısı “Boeing”, tətil edən ABŞ işçilərinə dörd il ərzində 38% maaş artımı təklif edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” həmkarlar ittifaqının nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, 30 mindən çox həmkarlar ittifaqı işçisi tezliklə yeni təklifi alacaq və noyabrın 4-də həmkarlar ittifaqı üzvlərinin onu rədd edib-etməmək barədə qərar verəcəyi səsvermə keçiriləcək.
Xatırladaq ki, sentyabrda “Boeing” fabriklərində çalışan 33 min işçi şirkətin maaşların artırılması təklifini rədd etdikdən sonra etiraz aksiyası keçirib. Oktyabr ayında “Boeing”in baş direktoru Kelli Ortberq bildirib ki, çətin vəziyyət fonunda şirkət işçi qüvvəsini 10% azaltmaq niyyətindədir və təxminən 17 min “Boeing” əməkdaşı ixtisar riski ilə üzləşəcək.
Oktyabrın 19-da “The Wall Street Journal” xəbər verib ki, korporasiya sentyabr ayından bəri davam edən tətilə son qoymaq üçün etiraz edən işçilərlə əmək haqqını 35% artırmaq barədə ilkin razılığa gəlib. Bununla belə, oktyabrın 24-də “Associated Press” bildirib ki, “Boeing” zavodlarının işçiləri əmək haqqının artırılması üçün işəgötürənlə müqavilənin bağlanmasının əleyhinə səs verib və tətili davam etdiriblər.

DİGƏR XƏBƏRLƏR

Top