“Mançester Yunayted”in baş məşqçisi kim olacaq?


İngiltərənin “Mançester Yunayted” futbol klubu portuqaliyalı Ruben Amorimi komandanın baş məşqçisi təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mütəxəssis noyabrın 11-də komandaya qoşulacaq.
Müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Qeyd edək ki, komandanın əvvəlki baş məşqçisi hollandiyalı Erik ten Haq oktyabrın 28-də istefaya göndərilib.
Daha əvvəl jurnalist Fabrizio Romano “Mançester Yunayted”in mütəxəssisin Portuqaliya “Sportinq”i ilə müqaviləsinə vaxtından əvvəl xitam verdiyinə görə 10 milyon avro təzminat ödəməyə razı olduğunu bildirib.
Amorimin 39 yaşı var və 2020-ci ilin martından “Sportinq”ə rəhbərlik edib. Mütəxəssisin rəhbərliyi altında komanda iki dəfə Portuqaliya çempionu olub və Liqa Kubokunu qazanıb. Həmçinin, komanda ilə birlikdə Amorim Portuqaliya Superkubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top