Dəbdəbəli nəhəng “Louis Vuitton Moët Hennessy”nin (LVMH) sahibi Bernard Arno dünyanın ən varlı adamları reytinqində beşinci yerə enib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg”in dərc etdiyi, əsasən şirkət səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Billionaires Index” hesabatında bildirilib.
İlk dörd yeri ABŞ vətəndaşları tutub.
“X” və “Tesla” şirkətlərinin sahibi İlon Mask 263 milyard dollar sərvətlə siyahıya liderlik edir.
Amerikalı onlayn pərakəndə satış şirkəti “Amazon”un yaradıcısı Ceff Bezos ikinci yeri tutmaqda davam edir, onun sərvəti 209 milyard dollar qiymətləndirilir.
Üçüncü yeri 181 milyard dollar sərvəti ilə “Meta” Korporasiyasının rəhbəri Mark Zukerberq tutur.
181 milyard dollarlıq sərvətlə “Oracle” korporasiyasının yaradıcılarından biri olan Larri Ellisona 4-cü yeri tutub.
Qeyd edək ki, “Bloomberg” 2012-ci ilin mart ayından etibarən planetin ən zəngin 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən “Bloomberg Billionaires Index” dərc edir.