Mərkəzi Bankın valyuta ehtiyatları 424,1 milyon dollar azalıb


Bu ilin oktyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 424,1 milyon dollar və ya 3,6% azalaraq 11 milyard 371,7 milyon dollara düşüb.
Yeniavaz.com
xəbər verir ki, ötən bir il ərzində valyuta ehtiyatları 863,6 milyon dollar və ya 8,2% artıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 10 milyard 508,1 milyon dollar həddində olub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib.
Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub.
Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub.
Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib.
Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top