Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 5-də Qırğızıstana dövlət səfərinə gələcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan dövlət başçısı administrasiyasından məlumat verilib.
Məlumata görə, Ərdoğanın Bişkek səfəri çərçivəsində Qırğızıstan və Türkiyə dövlət başçıları arasında dar tərkibdə danışıqların aparılması, həmçinin prezidentlərin sədrliyi ilə Strateji Əməkdaşlıq üzrə Ali Şurasının 6-cı iclasının keçirilməsi planlaşdırılır.
Tərəflər həmçinin Qırğızıstan-Türkiyə qarşılıqlı fəaliyyətinin geniş spektrini müzakirə edəcəklər.
“Səfər nəticəsində iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi və dövlətlərarası əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır”, - məlumatda qeyd edilib.
Noyabrın 6-da isə Türkiyə Prezidenti Bişkekdə Türk Dövlətləri Təşkilatının sammitində iştirak edəcək.