Bu ilin sonuna neftin orta qiymətinin 81,4 dollar, 2025-ci il üzrə isə neftin orta illik qiymətinin 79,2 dollar olacağı proqnozlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri bildirib ki, qaz qiymətinə gəldikdə isə 2024-cü ilin sonuna qazın orta qiymətinin 290 dollar, növbəti il isə bu göstəricinin 340 dollar olacağı gözlənilir.
Elnur Əli