Şimali Koreya qitələrarası ballistik raket buraxdığını təsdiqlədi


Şimali Koreya cümə axşamı ən son “Hwasong-19” qitələrarası ballistik raket buraxdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, raket maksimum 7687,5 km yüksəkliyə qalxaraq 1000 km-dən çox məsafə qət edib.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, KXDR tərəfindən buraxılan raket rekord 86 dəqiqə ərzində uçuşda olub və bu müddət ərzində record 7000 km hündürlüyə qalxıb. O, 1000 km məsafə qət edib və Yaponiyanın eksklüziv iqtisadi zonasından kənarda, Hokkaydo yaxınlığında, Yaponiyanın Okuşiri adasından təxminən 200 km qərbə düşüb.
Qeyd edək ki, Şimali Koreya həmçinin 5,5 min kilometr uçuş məsafəsi olan qitələrarası “Hwasong-13”, 12,87 min kilometr məsafə qət edən “Hwasong-14” raketlərinə də malikdir.

DİGƏR XƏBƏRLƏR

Top