Pakistan Prezidenti Dubayda təyyarədən enərkən ayağını sındırdı


Pakistan Prezidenti Asif Əli Zərdari oktyabrın 30-da axşam Dubay Beynəlxalq Hava Limanında təyyarədən enərkən ayağını sındırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin prezident katibliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı yıxıldıqdan sonra dərhal xəstəxanaya aparılıb və tibbi müayinədən sonra ona gips qoyulub. Qeyd olunur ki, Zərdariyə tam istirahət təyin olunub. Prezident dörd həftə ərzində gips taxmalı olacaq.

DİGƏR XƏBƏRLƏR

Top