Gürcüstanda müxalifət noyabrın 4-də mitinq keçirəcək


Gürcüstanın müxalifət partiyalarının nümayəndələri və onların tərəfdarları noyabrın 4-də Tbilisidə parlament binası yaxınlığında parlament seçkilərinin nəticələrinə qarşı mitinq keçirəcəklər.
Yeniavaz.com xəbər verir ki, barədə brifinqdə Güclü Gürcüstan koalisiyasının üzvü Anna Dolidze bildirib.
“Biz bazar ertəsi (noyabrın 4-ü) axşam saat 7-də Rustaveli prospektində toplanacağıq və orada sizə ətraflı şəkildə ölkə daxilində və xaricdə effektiv fəaliyyət planı, etirazımızın qanuni, haqlı, dinc, lakin mütəşəkkil şəkildə necə davam edəcəyi barədə məlumat verəcəyik, - Dolidze bildirib.
O, iddia edib ki, müxalifət artıq hakim Gürcü Arzusu Demokratik Gürcüstan partiyasının seçkiləri saxtalaşdırdığı iddia edilən sxemi müəyyən edib. Müxalifətçilərin artıq hazır sübutları var və onları ictimaiyyətə və beynəlxalq tərəfdaşlara təqdim etməyi planlaşdırırlar.

DİGƏR XƏBƏRLƏR

Top