
Səbail rayonunda qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və 3 ədəd siyirtmənin quraşdırılması məqsədilə 01.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Badamdar qəsəbəsində 2-ci massivin tam olaraq, 1 və 3-cü massivlərin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.