“Samsung” premium smartfonlar üçün yeni brend təqdim edəcək


“Samsung” korporasiyası bahalı smartfonların yeni brendini təqdim etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “E-Today” məlumat yayıb.
Bildirilib ki, hazırda şirkət öz smartfonlarını ancaq “Galaxy” brendi altında istehsal edir ki, bu da korporativ rəhbərlərin fikrincə, brendin qavranılmasını çətinləşdirir. Bununla əlaqədar olaraq, “Samsung” premium cihazlar istehsal edəcəyi ayrıca brend yaratmağı planlaşdırır.
Nəşr vurğulayır ki, “Galaxy” brendinə Z, S, A, M və F seriyalı smartfonlar daxildir. “Samsung”dan fərqli olaraq, “Apple” yalnız premium “iPhone” modelləri təklif edir. Şirkət rəhbərliyi hesab edir ki, ayrıca brendlə “Apple” şirkəti ilə rəqabət aparmaq və premium smartfonları tanıtmaq daha asan olacaq.

DİGƏR XƏBƏRLƏR

Top