Kiçik Kennedi Tramp administrasiyasında vəzifə almayacaq – KİV

“Respublikaçı seçkilərdə qalib gəlsə, Robert Kennedi kiçik Donald Trampın administrasiyasına qatılmayacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Kiçik Kennedinin ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinə, ABŞ Qida və Dərman Administrasiyasına və ya hər hansı digər sağlamlıqla bağlı quruma rəhbərlik etmək üçün lazım olan Senatın dəstəyini qazanmaq şansı azdır.
Portalın həmsöhbətləri izah edir ki, əgər kiçik Kennedi səhiyyə ilə bağlı bir sıra məsələlər üzrə rəhbər vəzifəyə müraciət edərsə, o zaman onun təsdiqi Senatın Səhiyyə, Təhsil, Əmək və Pensiya Komitəsindən keçəcək. Nəşr qeyd edir ki, bu komitədə mühüm mövqeləri “mötədil respublikaçılar” tutur və onlar Trampın təklif etdiyi namizədliyinə qarşı çıxa bilərlər.
İyulun 22-də “The Washington Post” (WP) öz mənbələrinə istinadən yazıb ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə dəstək müqabilində kiçik Robert Kennediyə administrasiyasında yüksək vəzifə təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top