KİV: “İspaniyada daşqınlarda 104 nəfər ölüb” – Yenilənib + Fotolar


İspaniyada güclü yağışla müşayiət olunan və daşqınlara səbəb olan tufan nəticəsində ən azı 104 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl krallığın şərqindəki Valensiya muxtar icmasında 92, ölkənin digər bölgələrində isə daha 3 nəfərin öldüyü bildirilib.
Xatırladaq ki, oktyabrın 29-da İspaniyanın Dövlət Meteorologiya İdarəsi güclü yağışla əlaqədar ölkənin müxtəlif bölgələri üçün kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Son fəlakət səbəbindən onlarla yol hələ də bağlanıb, dəmir yolu əlaqəsi pozulub, infrastruktura ziyan dəyib. 70 minə yaxın ev hələ də işıqsız qalıb. Oktyabrın 31-də Valensiya da daxil olmaqla ölkənin bəzi bölgələrində xəbərdarlıq qüvvədə qalır.


***12:14
Xəbər verdiyimiz kimi, İspaniyanın şərqində şiddətli yağışla müşayiət olunan və daşqınlara səbəb olan fırtına baş verib.
Yeniavaz.com
“İndependent”ə istinadən xəbər verir ki, daşqın nəticəsində ən azı 95 nəfər ölüb.
Qeyd edilib ki, İspaniyanın digər bölgələri hələ qurbanlar barədə məlumat vermədiyindən və onlarla itkin düşmüş insanı tapmaq üçün əlçatmaz yerlərdə axtarış işləri davam edir. Səlahiyyətlilər ölümün artacağını güman edirlər.
“İtkin düşənlərin sayını verə bilməməyimiz faciənin miqyasından xəbər verir”, - ərazi siyasəti naziri Anxel Viktor Torres bildirib.
Qeyd edilib ki, palçıq rəngli su onlarla kənd, qəsəbə və şəhərin küçələrini sürətlə doldurduğundan polis və xilasedicilər insanları evlərindən və maşınlarından çıxarmaq üçün vertolyotlardan istifadə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top