Zurabişvili dindirilməkdən imtina etdi


Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin mümkün saxtalaşdırılması işi ilə bağlı çağırıldığı Baş Prokurorluğda dindirilməkdən imtina edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Zurabişvili brifinqdə deyib.
“Hər kəs öz işi ilə məşğul olmalıdır. Mən prezident kimi işimi davam etdirəcəyəm və prokurorluğa getmək fikrim yoxdur”,  - prezident bildirib.
Onun sözlərinə görə, istintaq orqanı konkret işin sübutunu özü tapmalı, bunu prezidentdən tələb etməməlidir. Qanun pozuntusu faktlarına gəlincə, prezidentin sözlərinə görə, seçkilərdə rüşvətxorluq və seçicilərə hədə-qorxu gəlmə, şəxsiyyət vəsiqələrinin təkrarlanması, “karusellər” və s. kimi bütün məlum saxtakarlıq növləri olub.
Qeyd edək ki, Gürcüstanın Baş Prokurorluğu daha əvvəl elan edib ki, Mərkəzi Seçki Komissiyasının tələbi ilə parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı araşdırmaya başlayıb və iş çərçivəsində Gürcüstan prezidenti oktyabrın 31-də dindirilməyə çağırılıb.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda ilk dəfə elektron seçki qutuları ilə parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,93% səs toplayaraq qalib gəlir və təkbaşına hökumət qurmaq hüququ əldə edib.

DİGƏR XƏBƏRLƏR

Top