İspaniyada fırtına qopdu – Matəm elan edildi


İspaniyanın şərqində şiddətli yağışla müşayiət olunan və daşqınlara səbəb olan fırtına baş verib.
Yeniavaz.com
xəbər verir ki, təbii fəlakət nəticəsində azı 70 nəfər ölüb.
Ölkəni vuran və leysan yağışlarla müşayiət olunan fırtına çoxsaylı insidentlərə səbəb olub, dəmir yolu əlaqəsi kəsilib, onlarla aviareys təxirə salınıb.
İspaniyanın hakimiyyət orqanları daşqınlar nəticəsində azı 70 nəfərin ölümündən sonra oktyabrın 31-dən noyabrın 2-dək matəm elan edib.
Əlverişsiz hava şəraiti təbii fəlakət nəticəsində ən çox zərər çəkmiş bölgələrdən biri olan Valensiya Muxtar İcmasının infrastrukturuna ciddi ziyan vurub. Xilasetmə işləri davam edir və yüzlərlə hərbçi iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top