16 yaşlı tacik futbolçu dünya rekordu vurdu


16 yaşlı tacik futbolçu Məhəmməd Nəzriev milli komandanın oyununda qol sayına görə dünya rekordu vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sports.ru məlumat yayıb.
Bildirilib ki, o, 17 yaşadək futbolçular arasında Asiya Kubokunun seçmə mərhələsində Quamla matçda 14 qol vurub. Görüş 33:0 hesabı ilə Tacikistanın gənclərdən ibarət yığmasının xeyrinə başa çatıb.
Tarixdə heç bir futbolçu Beynəlxalq Futbol Federasiyasının (FİFA) himayəsi altında keçirilən rəsmi milli komanda oyununda bu qədər qol vurmayıb. Bu hesab da belə oyunlar üçün rekorda çevrilib.
Xatırladaq ki, həm ümumi qol sayında, həm də dəqiq zərbələrin sayında əvvəlki nailiyyət Avstraliya komandasına məxsus olub. 2002-ci il Dünya Kubokunun seçmə mərhələsində onlar Amerika Samoasını 31:0 hesabı ilə məğlub edib, hücumçu Arçibald Tompson oyunda 13 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top