İsrail hərbçiləri Livanda “Hizbullah” təşkilatının silahlı qanadının tərkibində fəaliyyət göstərən elit “Radvan” birləşmələrinin komandir müavini Mustafa Əhməd Şahadini zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, o, 2012-2017-ci illərdə Suriyada “Radvan” qüvvələrinə komandanlıq edib. Son vaxtlar Livan-İsrail sərhədində hərbi əməliyyatların təşkilində iştirak edib.
Şahadi Beyrutdan 75 km cənubda yerləşən Nəbatiyyə şəhəri yaxınlığında hava hücumu nəticəsində zərərsizləşdirilib.