
Avropa Minifutbol Federasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, millimiz Avropa Minifutbol Federasiyasının açıqladığı reytinq cədvəlində 1425 xalla ikinci yerdə qərarlaşıb.
Komanda yalnız Rumıniyadan (1540) geri qalıb.
Son Avropa çempionu Serbiya (1305) üçüncü, Qazaxıstan (1040) isə dördüncü sırada yer alıb.
Qeyd edək ki, ilk onluqda həmçinin Bolqarıstan (855), Fransa (815), Slovakiya (745), Monteneqro (685), Macarıstan (665) və Çexiya (655) milliləri də var.