Böyük Britaniya hərbi ehtiyaclar üçün əlavə 2,9 milyard funt sterlinq (3,7 milyard dollar) ayırmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti ölkənin maliyyə naziri Reyçel Rivsə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, əlavə vəsaitin ayrılması hökumətin büdcə müraciəti zamanı açıqlanacaq.
Nəşrin bildirdiyinə görə, 400 milyon funt-sterlinq hərbçilərin maaşlarında 6% artıma sərf ediləcək.
Vəsait həmçinin Ukrayna ordusuna verilmiş silah ehtiyatlarının bərpası üçün istifadə olunacaq.
Bununla belə, “Daily Telegraph” qeyd edir ki, Rivs müdafiə xərclərinin uzunmüddətli artırılması ilə bağlı heç bir açıqlama verməyəcək.
Ehtimal olunur ki, müdafiə xərcləri ÜDM-in təxminən 2,3%-i səviyyəsində hazırkı səviyyədə qalacaq.
Qəzetin yazdığına görə, bu məsələ ilə bağlı istənilən qərar gələn ilə qədər təxirə salınacaq və Böyük Britaniyanın Təhlükəsizlik, Müdafiə və Xarici Siyasət üzrə davam edən İnteqrasiya İcmalının nəticələrinə əsaslanacaq.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Hili hərbi xərclərin ÜDM-in 2,5%-nə qədər artırılmasının tərəfdarı olduğunu bildirmişdi. Ancaq o, Londonun bu həfədə hansı ildə çatmağı planlaşdırdığını dəqiqləşdirməmişdi.