
“Xüsusi məhsulların köməyi ilə bağırsaq sağlamlığının yaxşılaşdırılması istehlakçıların diqqətini cəlb etmək üçün bir marketinq hiyləsidir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə mikrobioloq və immunoloq Andre Lav “Men's Health” jurnalına müsahibəsində deyib.
Lav deyib ki, bütün bağırsaq sağlamlığı məhsullarına prebiyotiklər və probiyotiklər daxildir:
“Hər iki maddənin sağlamlıq faydaları var, lakin unikal deyil. Prebiyotiklər bütün tərəvəzlərdə, meyvələrdə və taxıllarda olan adi lifdir. Probiotiklər isə duzlu kələm, kefir və digər fermentləşdirilmiş qidalarda olan mikroorqanizmlərdir”.
Mikrobioloq Cek Gilbert əlavə edib ki, probiotiklər həqiqətən də faydalı ola bilər, lakin onları hər yeməyə süni şəkildə əlavə etmək faydasızdır:
“Problem ondadır ki, bu mikroorqanizmlər o qədər kövrəkdirlər ki, onlar çox vaxt turşuya məruz qaldıqları üçün mədədə ölürlər. Amma sağ qalsalar da, onların müsbət təsiri çox azdır”.
Diyetoloq Brayan Sen-Pyer, əlavə prebiyotiklər və probiyotiklər olan qidaların zərərli olmadığı və pəhrizdə ola biləcəyi qənaətinə gəlib:
“Lakin faydalı xassələrinə görə, onlar adi alma, armud, tərəvəz və pəhriz lifi olan digər məhsullardan açıq-aydın daha aşağıdırlar”.