
Amerikalı aktrisa və müğənni Teri Qarr 79 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.
Nəşr qeyd edib ki, Qarr uzun müddət dağınıq sklerozla mübarizə aparıb.
Teri Qarr 130-dan çox filmdə, o cümlədən “Gənc Frankenşteyn” (1974), həmçinin “Ulduz yolu” (1966-1969), “Dostlar” (1994-2004), “Təcili yardım” (1994-2009) çəkilib. 1983-cü ildə “Tootsie” (1982) komediyasında “Ən yaxşı ikinci plan qadın rolu” nominasiyasında “Oskar” mükafatı alıb.