“Sentyabrın 23-dən 440 min insan Livanı tərk edib” – BMT


“Sentyabrın sonunda İsrailin “Hizbullah” hərəkatına qarşı başlatdığı hərbi əməliyyatdan sonra ən azı 440 min insan Livanı tərk edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Suriya Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, sentyabrın 23-dən bu yana 440 minə yaxın insan Livandan Suriyaya keçib.
Sənəddə həmçinin qeyd olunur ki, İraqa daha 22 min livanlı gedib.
Xatırladaq ki, sentyabrın 23-də İsrail “Hizbullah”a qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livan ərazisində təşkilatın hərbi hədəflərinə qarşı kütləvi hava zərbələri endirir. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top