
Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Rusiyanın diplomatik nümayəndəliyindən məlumat verilib.
“Səfirlik Finlandiyadakı Rusiya daşınmaz əmlakının müsadirəsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün işlərini davam etdirir. Oktyabrın 29-da Finlandiya Məhkəmə İcraçıları Xidmətinə xidmətin məhdudlaşdırıcı tədbirlər gördüyü 40-dan çox obyektin siyahısı daxil olub. Sözügedən daşınmaz əmlak Rusiya Federasiyasına məxsusdur”, - məlumatda deyilib.
Qeyd edilib ki, səfirlik Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərərək, respublika hakimiyyətinin beynəlxalq hüququn müddəalarını kobud şəkildə pozan hərəkətlərinə kəskin etirazını bildirib:
“Ümid edirik ki, Finlandiya Məhkəmə İcraçıları Xidmətinin qərarına yenidən baxılacaq. Rusiya tərəfinin cavab tədbirləri, o cümlədən Finlandiya rəsmilərinin müraciətimizə reaksiyası əsasında görüləcək”.