Almaniya Xarici İşlər Nazirliyi Almaniyanın Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Bu gün İran rejimi tərəfindən Cəmşid Şarmahdin öldürülməsindən sonra İranın müvəqqəti işlər vəkili dərhal Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb”, - məlumatda deyilib.
Qeyd edilib ki, Almaniya Xarici İşlər Nazirliyi İran hakimiyyətinin hərəkətlərinə kəskin etirazını bildirib və sonrakı tədbirlər görmək hüququnu özündə saxlayır.
Almaniyanın Tehrandakı səfiri, XİN-in qeyd etdiyi kimi, Şarmahdin qətlinə kəskin etirazını bildirib:
“Almaniya Xarici İşlər Naziri Annalena Berbok daha sonra Almaniyanın Berlindəki səfirini məsləhətləşmələr üçün geri çağırıb”.
Xatırladaq ki, oktyabrın 28-də İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarmahd edam edilib. 2023-cü ildə İranın Ali Məhkəməsi onu terrorizmdə ittiham edərək edam cəzasına məhkum edib. Hökm Almaniya və Avropa İttifaqının hakimiyyət orqanları tərəfindən pislənib.