Kim Çen Inın təhlükəsizliyi gücləndirildi


Şimali Koreyanın təhlükəsizlik xidmətləri Xalq Respublikasının lideri Kim Çen Inın artan ictimai fəallığına görə onun müdafiəsini gücləndirib.
Yeniavaz.com
“Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, parlamentin kəşfiyyat komitəsinin dinləmələri keçirilib:
“Bu il Kim Çen Inın ictimai fəaliyyəti keçən illə müqayisədə təxminən 60% artaraq 110 tədbirə çatıb. Bununla əlaqədar olaraq, Kim Çen Ina sui-qəsd cəhdinin risklərini dərk edərək, təhlükəsizliyi gücləndirir, dronları aşkar etmək üçün avadanlıqların və kommunikasiyaya mane olan avadanlığı olan avtomobillərin tətbiqinə təkan verirlər”.
Qeyd edək ki, oktyabrın 23-də Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb ki, Xalq Respublikasının lideri Kim Çen In strateji raketlərin yerləşdiyi bazalara baxış keçirib.

DİGƏR XƏBƏRLƏR

Top