“Mançester Yunayted”in yeni baş məşqçisi məlum oldu


“Mançester Yunayted”in baş məşqçisi postuna əsas namizədin adı məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Məlumata görə, bu, portuqaliyalı mütəxəssis Ruben Amorimdir. Belə ki. “Mançester Yunayted” onun hazırkı klubu “Sportinq”lə müqaviləni vaxtından əvvəl ləğv etməsi üçün 10 milyon avro ödəməyə hazırdır.
O da məlumdur ki, mütəxəssisin özü İngiltərə çempionatına keçməkdə maraqlıdır və artıq ilkin razılıq verib.
Əvvəllər 39 yaşlı Amorim “Liverpul” və “Vest Hem”in baş məşqçisi postuna potensial namizədlər siyahısında yer alıb.
Portuqaliyalı 2020-ci ilin martından “Sportinq”ə rəhbərlik edir. Bundan əvvəl o, “Braqa”ya rəhbərlik edib.
Qeyd edək ki, oktyabrın 28-də “Mançester Yunayted” Erik ten Haqı komandanın baş məşqçisi vəzifəsindən azad edib. Onun yerini müvəqqəti olaraq klubun keçmiş futbolçusu, hollandiyalı Ruud van Nistelroy tutub.
İngiltərə çempionatının turnir cədvəlində “Mançester Yunayted” 11 xalla 14-cü yerdədir. “Mançester Siti” 23 xalla birinci, “Liverpul” isə 22 xalla ikinci yerdədir. İlk üçlüyü 18 xalla Londonun “Arsenal” klubu tamamlayır.
İngiltərə çempionatının növbəti oyununda “Mançester Yunayted” Londonun “Çelsi” klubu ilə qarşılaşacaq. Görüş noyabrın 3-də baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top