İran hərbi xərclərini 200% artırır


İran hökuməti yeni büdcə layihəsində İran təqvimi ilə gələn 1404-cü il (Miladi təqvimlə 2025-ci il martın 20-də başlayır) hərbi xərcləri 200% artırmağı planlaşdırıb.
Yeniavaz.com
IRIB telekanalına istinadla xəbər verir ki, bu barədə İran Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Fatimeh Mohacerani mətbuat konfransında bildirib.
Mohacerani İran Silahlı Qüvvələrinin müdafiə qüdrətini qorumaq üçün müdafiə sənayesinin ehtiyaclarını ödəmək lazım olduğunu vurğulayıb.
Qeyd edək ki, İran Parlamenti cari 1403-cü ilin büdcəsində (Miladi təqvimlə 2024-cü il martın 20-də başlayıb) İranın hərbi xərcləri üçün 1,8 milyard avro məbləğində vəsaiti təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top