Bitkoinin qiyməti 70 min dolları keçdi


Bakı vaxtı ilə saat 01:07-yə olan məlumata görə, ticarət zamanı bitkoinin qiyməti 70 min dolları keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Binance” ticarət platformasının məlumatlarında öz əksini tapıb.  
Bakı vaxtı ilə saat 01:49-a olan məlumata görə, bitkoinin yüksəlişi səngiyib və qiyməti 69,812 min dollara düşüb.
Ekspertlərin fikrincə, bitkoinin bahalaşmasının əsas səbəblərindən biri Çində yeni iqtisadi stimulların müşahidə edilməsidir.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Konsepsiya 2008-ci ilin noyabrında Satoshi Nakamoto təxəllüsü ilə müəllifi (ehtimal ki, müəlliflər qrupu) tərəfindən yaradlılb. Bitkoinin populyarlığı yalnız son illərdə zirvəyə çatıb. Bitkoin tədarükü təbii olaraq məhduddur, əksər bitkoinlər artıq əldə edilib.

DİGƏR XƏBƏRLƏR

Top